Ermənistanda donuz qripindən 14-cü xəstə öldü

Fotonun müəllifi AFP

Ermənistanda donuz qripindən (H1N1) ölənlərin sayı 14-ə çatıb. Bu gün “Erbuni” tibb mərkəzində donuz qripindən daha bir xəstə, 23 yaşlı Qarik Saxoyan, ölmüşdür.

Tibb mərkəzinin mətbuat xidmətindən yayılan məlumata görə, H1N1 virusuna yoluxmuş gənc serebral iflicdən əziyyət çəkirmiş.

Daha əvvəl yanvarın 15-də Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anahit Haytayan donuz qripi diaqnozu ilə “xəstəxanaya yanvarın 13-də ağır vəziyyətdə daxil olan” daha 2 qadının öldüyü haqqında məlumatı təsdiq etmişdi.

Nazirliyin rəsmi bəyanatında hər iki qadının xronik şəkərli diabetdən əziyyət çəkdiyi bildirilir.

Beləliklə, son iki həftə ərzində, rəsmi məlumatlara görə, donuz qripindən 14 xəstə dünyasını dəyişib. Bununla belə, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə epidemiya müşahidə olunmur və vəziyyət nəzarət altındadır.

Bu barədə daha geniş